Fasonlu tökmələr

Şirkətimiz yarandığı gündən yüksək təzyiq altında aqressiv şəraitdə istismar olunan  neft maşınqayırma həmçinin sənayenin digər sahələrində istifadə olunan texnoloji avadanlıqlar, maşın mexanizmlərin polad tökmə hissələrinin istehsalı üzrə ixtisaslaşmışdır.

Hazırda müəssisə çəkisi  1 kq - 5000 kq olan və mürəkkəblik dərəcəsi I – IV həddlərindən müxtəlif konfiqurasiyalı polad tökmələri istehsal edir.

Polad tökmələr konstruksiyalı  poladdan, karbonlu və az legirlənmiş polad markalarında hazırlanır.

Karbonlu polad ərintiləri sifarişə əsasən QOST-380-94, QOST 1050-88, az legirlənmiş polad ərintiləri isə QOST 4543-71, TŞAZ3036265-15-2005 normativ sənədlərinin tələblərinə uyğun hazırlanır.

Müəssisədə istahsal olunan tökmə hissələrin və pəstahların müvafiq normativ – texniki sənədlərin tələblərinin uyğunluğuna zəmanət verilir.










 
 
 
Copyright 2012 BPT ASC