Maliyyə hesabatı



Kadr siyasəti

Müəssisəyə işçi kadrların seçilməsi  vacib və məsuliyyətli məsələdir. Ağır sənayenin bu sahəsində çalışan insanlar diqqətli və məsuliyyətli olmalıdır ki, gələcəkdə bədbəxt hadisə ilə üzləşməsinlər. Bunun üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi  norma və standartlarının  təlimi və təbliği  məqsədi ilə  şirkətdə Təlim Mərkəzi yaradılmışdır.   İşə götürülən hər bir işçi Mərkəzdə təlimatlandırılır, tədris prosesində iştirak edir, sonra isə işə başlayır. Ali təhsilli mütəxəsislər əsasən ölkənin Ali məktəblərindən - Azərbaycan Politexnik Universitetindən, İnşaat Mühəndisləri Universitetindən secilirlər.


Şirkət istehsala başladığı gündən öz gələcəyini yerli kadrlarla bağlayaraq təcrübəli metallurq mühəndisləri işə dəvət etməklə yanaşı, həm də gənc mütəxəssislərin yetişdirilməsində iştirak edir. Texniki Universitetin metallurgiya fakültəsinin əlaçı tələbələri şirkətə dəvət edilir, оnlara zavоdun prоblemlərinə uyğun kurs və diplоm işləri verməklə gəncləri gələcək istehsalata hazırlayır və sоnra da işlə təmin edir. Hazırda şirkətin aparıcı mütəxəssislərinin arasında belələri az deyil.

Əməyin təhlükəsizliyi və Sağlamlıq


Təlim Mərkəzinin işçilərin əməyin mühafizəsi ilə bağlı biliklərinin artırılması, hər hansı istehsalat qəzasının qarşısını almaqda və eləcə də, xəsarətlərin sayını minimuma endirməkdə çox böyük rolu vardır.

Şirkətdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin mühafizəsi Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına, dövlət norma və standartlarına uyğun təşkil edilmişdir.
Işçilərin sağlam və təhlükəsiz işləməsi üçün sanitar-gigiyena normalarına uyğun iş şəraitinin yaradılmasına nəzarət edilir, onları xüsusi geyim – ayaqqabı və fərdi mühafizə vasitələri ilə, pulsuz süd məhsulları, müalicəvi-profilaktik yeməklərlə təmin edilir və ildə bir dəfə icbari tibbi müayinədən keçirilirlər. Müəssisə rəhbərliyi hər bir işçinin problemlərinin həllini  özünün ümdə vəzifəsi hesab edir. Kadrların seçilib yerləşdirilməsi, onların iş səmərəliliyinin  artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması Baku Steel Construction-in prinsipial mövqeyidir.

 
 
 
Copyright 2012 BPT ASC